Ana sayfa

Kültür&Edebiyat

Düşünce&Yorum

Haber&Kritik

Linkler

Sizden Gelenler

Ziyaretçi Defteri

Müzik

Forum

Dosyalar

Video

Üyeler

English qarTuli

İletişim
Bugün : 30 Nisan 2024   
 
 
Forumdaki Son cevaplar : Anayasalara Göre Türk Kavramı..(admin) Gürcü Kavramı..(-) Tarihi ve Sosyolojik Olarak Türk Kavramı..(-) Lozan Andlaşmasına Göre Azınlık ve Türk ..(admin) Yeni Osmanlıcılık ve Acaristan..(-) Cami-Kilise Onarım Anlaşması ve Kartvel ..(-) Sarı Gelin, Gürcü Kralının Kızı..(-) Artvinin Rus, İngiliz ve Kartvel İşgalin..(artvinli) E Harfi..(-) D Harfi..(-)
Giris Yapınız veya Hala üye değil misiniz ?
Kullanıcı Adı : Şifre : Hatırla :

      [ GAMARCOBA.COMForum ] [ Acaristan'daki Müslümanlar ] [ Gürcistanda İslam (Azerice) ]           
aliarslan
[Yönetici]



MSN : Yazmamiş
Yaş : 48
Mesaj sayısı : 70
Giriş sayısı : 276

Aşağıdaki yazıda Azerilerin bakış açısına göre Gürcistan'daki Müslüman nüfusun durumu anlatılıyor. Yazıda Acaristan'daki Müslüman Acarlara dair de değerlendirmeler yer alıyor. Acaristan Müftüsünün, bölgedeki toplu Hıristiyanlaştırma faaliyetlerini abartı olarak ifade etmesi -samimiyetsizlikten kaynaklanmıyorsa- bölgedeki baskının farklı bir yansıması olarak değerlendirilebilir. Ayrıca Şii Müslüman Azeriler ile Sünni Müslüman Acarların birlikteliği ve her iki grubun Şii bir otorite tarafından yönetilmeleri de dikkat çekici.

Gürcüstanda İslam

Postsovet məkanında Gürcüstan çoxsaylı konfessiyaların mövcudluğu nöqteyi nəzərindən, ən maraqlı ölkələrdən birini təşkil edir. Bir çox din və məzhəb nümayəndələrinin bir arada yaşadığı Tiflis şəhəri isə, bu baxımdan daha rəngarəngdir. Bu gün Gürcüstanda 300 mindən artıq müsəlman yaşayır. Təbii ki, bunların əksəriyyətinin azərbaycanlılar olması sirr deyil.

Lakin soydaşlarımızla yanaşı, ölkənin müsəlman əhalisini təşkil edən milli azlıqlar arasında ləzgilər və Kazan tatarlarını da göstərmək olar. Nəzərə alsaq ki, SSRİ-nin dağılmasından sonra müxtəlif müsəlman ölkələrindən iş adamları, diplomatlar və tələbələr də bu şəhərə axın edib, Tiflisdə bu gün çoxsaylı müsəlman icmasının olduğunu təxmin etmək çətin olmaz.

Burada xüsusi qeyd ediləsi məqamlardan biri də, Gürcüsanda müsəlman əhalisinin ildən ilə çoxalması faktıdır. Məsələn azərbaycanlıların təbii artmı 1000 nəfərə 22,8 olduğu halda, gürcülərdə bu nisbət 1000 nəfərə 7,6-dır. Bu gün azərbaycanlılar Gürcüstanın ən böyük icmasını təşkil edir. Son hesablamalara görə isə, Tiflis əhalisinin 1,5% azərbayacanlılardan ibarətdir. Bu isə təxminən 16 min nəfərə bərabərdir.

Soydaşlarımızın Gürcüstanakı ictimai fəaliyyəti barədə də, bir neçə söz demək olar. Məsələn 1989-cu ildə, Marneulidə Əli Əskərov adlı soydaşımız tərəfindən yaradılan “Qeyrət” təşkilatının məramı Gürcüstanda yaşayan azərbaycanlıların maraqlarını müdafiə etmək olsa da, bu təşkilat bu günə qədər bir neçə dəfə bağlanıb, bərpa olunub, yenidən qurulub. Bunun nəticəsində isə, “Ozan” və “Milli qeyrət” adlı təşkilatlar ortaya çıxıb. “Ozan” gürcü-azərbaycan mədəni əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərir. “Milli qeyrət” isə əsasən “Qeyrət”in kursunu izləsə də, sonuncuyla müqayisədə çox kiçik təşkilatdır. Amma kiçik olsa da, Marneulinin müxtəlif kəndlərində nümayəndəlikləri var.

Qayıdaq mövzumuza. Bilindiyi kimi, Tiflisin müsəlman icması şiələr və sünnilərə ayrılır. Onu da qeyd edim ki, əyalətlərdən fərqli olaraq, Tiflisdə şiələrin sayı sünnilərdən artıqdır. Bütün müsəlmanların ibadət edə bildikləri yeganə məscid isə, Tiflisin “Cümə məscidi”-dir. Burada həm sünnilər, həm də şiələr ibadət edirlər. 1951-ci ildən 1996-cı ilə qədər “Cümə məscidi”-ndə, şiə-sünni qarşıdurmasının bariz göstərcisi kimi, məscid ortadan qara pərdə ilə iki hissəyə ayrılmışdı və hər hissədə müvafiq olaraq şiələr və sünnilər ibadət edirdilər. 1996-cı ildə məscidə axund təyin olunan Marneuli sakini, şiə məzhəbinə mənsub Əli Əliyev, məscidi ikiyə bölən pərdəni aradan qaldıraraq, şiələrin və sünnilərin eyni məkanda ibadət etmələrini təmin etmişdi.

İstər Gürcüstan Respublikasında, istərsə də Acarstan Muxtar Respublikasında yaşayan bütün millətlərə mənsub müsəlmanlar, Bakıdakı Qafqaz Müsəlmanları İdarəsini özlərinin dini mərkəzi, Şeyxülislam Allahşükür Paşazadəni isə dini liderləri hesab edirlər. Hətta sünnilər belə, bu fikirdədir.

Tiflisin “Cümə məscidi”-nin İmamı Yasin Əliyev, cümə namazından sonra bizi kabinetinə dəvət etdi. Hələ də təmir-bərpa işlərinin getdiyi məscidin bu bölməsi, Axund Əli Əliyev və onun köməkçisi Yasin Əliyevin ofisi kimi istifadə olunur. Yasin bəyin sözlərinə görə, məsciddə hər cümə günü yüzlərlə müsəlman Cümə namazı qılır. Bunların əksəriyyəti azərbaycanlılar olsa da, türklər, ərəblər, pakistanlılar və digər millətlərdən olan müsəlmanlar da az deyil.

“Bəs erməni müsəlman var?” maraqlanıram. Yasin Əliyev gözlənilmədən “əlbəttə” deyir və davam edir: “Bir erməni qızı İslam dinini qəbul etdikdən sonra, onu sevən erməni oğlanının qarşısına bir şərt qoyur “İslam dinini qəbul etməsən, səninlə evlənə bilmərəm”. Oğlan da çox səmimi şəkildə müsəlman olmağa razılıq verir. İkisi bir yerdə məscidimizə gəldilər, ona kəlməyi-şəhadəti dedirtdim, nikahlarını da qıydım getdilər”.

Cümə namazından əvvəl məscidin qarşısında dayanıb Tiflis müsəlmanları ilə ayaqüstü söhbət etdiyim yerdə, çox maraqlı bir hadisə ilə üzləşdiyimi də burada qeyd etməliyəm. 13-14 yaşlarında bir azərbaycanlı oğlan məscidin qapısı ağzında dayanmış dindarlara yaxınlaşaraq belə bir sual verdi: “Bağışlayın, mən namaz qılmaq istəyirəm. Namazı mənə kim öyrədə bilər?”. Məni diqqət bürüdü. Tiflis müsəlmanlarının, konkret desək soydaşlarımızın bu uşağa nə cavab verəcəyini maraqla gözləyirdim. Onlardan biri, ondan ciddi olub-olmadığını, namazı həqiqətən də qılmaq istəyib-istəmədiyini dəqiqləşdirdi. Uşaq qərarında israrlı olduğunu və neçə vaxtdır namaz qılmaq istədiyini bildirdi. Böyüklər ona cümə namazından məscidə bir daha gəlməyi, içəridəkilərdən namaz təlimi kitabını almağı məsləhət gördülər. Oğlan onlara təşəkkür edərək, oradan uzaqlaşdı.

Şeyxülislam Allahşükür Paşazadəyə böyük rəğbət və sevgi bəslədiyini bildirən ikinci şəxslə isə, biz Batumidə tanış olduq. Söhbət Acarıstan Muxtar Respublikasının müftüsü, Bekir Bolkvadzedən gedir. O da Acar müsəlmanlarının Bakıdan, Şeyxdən böyük gözləntilərinin olduğunu, özünün də mütəmadi olaraq Bakıya gedib-gəldiyini, Şeyxlə tez-tez görüşdüyünü bildirdi. Əslində, Tiflisin Cümə məscidinin imamı Yasin Əliyevin Bakıya bağlı olmasında şaşılacaq heç nə yoxdur. Zatən onu bu vəzifəyə təyin edən də elə QMİ-dir. Lakin etnik gürcü olan Acar müsəlmanlarının da gözlərini Bakıya tikməsi, Allahşükür Paşazadəni dini avtoritet sayması, məni həm təəccübləndirmiş, həm də qürurlandırmışdı.

Xatırladım ki, Batumidəki Mərkəzi Məsciddə hər cümə günü beş minə yaxın müsəlman cümə namazı qılır. Ümumiyyətlə, Acarstanda 150-dən artıq məscid var. Bunlardan 30-a yaxını fəaliyyət göstərmir. Müfti Bəkir Bolkvadze, Allahşükür Paşazadədən bu məscidlərin bərpası üçün kömək istədiklərini dedi. “İnşallah bizə müsbət cavab verər, biz də ibadətgahlarımızı müsəlmanların üzünə açarıq. Quran öyrədən müəllimlərimizin də maaşları 20-30 dollar civarındadır. Maaşları da artırmaq lazımdır ki, mədrəsə müəllimləri dolana bilsinlər. Bu işdə də, Şeyxdən yardım gözləyirik. Axı o bizim böyüyümüzdür. Ondan istəməyək, kimdən istəyək?”

“Bəs Acarıstanda müsəlmanların sürətlə xristianlaşdırıldığı barədə bizdə söz-söhbətlər gəzir. Bu məlumatlar nə qədər doğrudur?” soruşuram. 
Bəkir bəy etiraz edir: “Bu kimi xəbərlər çox şişirdilir. Əlbəttə, xristianlıq dinini qəbul edənlər olmuşdur, amma bu sizin dediyiniz kimi, kütləvi xarakter almayıb. Azərbaycan mətbuatında səhv məlumatlar var.”

16.04.2007 http://azerimuslims.com/news.php?id=2500


--------------------
Ali Arslan
19.08.2007 4:04:15 PM
   
q

     

Foruma Açılan son 5 konu
Açan
Forum istatistikleri
Gürcü Kavramı..
Tarihi ve Sosyolojik Olarak Türk Kavramı..
Lozan Andlaşmasına Göre Azınlık ve Türk ..
Anayasalara Göre Türk Kavramı..
Yeni Osmanlıcılık ve Acaristan..
admin
admin
admin
admin
artvinli
Forumdaki 7 Kategoride 19 Forum var , Bu forumlara açılan 63 Konuya 111 Cevap yazıldı..
Kimler Bağlı :  Bağlı üye yok..
İyiki Doğdun : Bugün Doğan yok!

2004 © Copyright GAMARCOBA.COM
< Teşekkür WeBCaKaLi.AspSitem 1.8 >